Ukraynada siyasi böhran dərinləşdikcə prezident Zelenskinin alternativləri irəli çıxır – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ukrayna ordusu cəbhədə ardıcıl uğursuzluqlara düçar olduqca ölkə daxilində siyasi gərginlik artır. Prezident Volodimir Zelenski ukraynalılar arasında etimadını sürətlə itirməkdədir. ABŞ və Avropa ölkələri də artıq prezident Zelenski ilə müharibədə uğur qazanmağın mümkünsüzlüyünü anlayırlar. Bəs Volodimir Zelenskinin hakimiyyətdən uzaqlaşdırılacağı təqdirdə alternativlər kimlər ola bilər?

Mövzu ilə bağlı fikirlərini ARB24 kanalına bölüşən siyasi şərhçi Əhməd Şahidov Ukrayna ordusunun baş qərargah rəisi general Valeriy Zalujninin Ukraynanın növbəti lideri ola biləcəyini bildirib.

Bu yazını Facebookda şərh et