Zelenskiyə qarşı sui-qəsd ehtimalı gündəmdə – Əhməd Şahidov ARB24 kanalına danışıb

Ukrayna daxilində siyasi böhran dərinləşməkdədir. Cəbhədə uğursuz hərbi əməliyyatların ardından Ukrayna ordusu ilə prezident Volodimir Zelenski arasında ziddiyyətlər artmaqdadır. Bir sıra mənbələr prezident Zelenskiyə qarşı sui-qəsd planının hazırlandığını bildirirlər.

Mövzu ilə bağlı ARB24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd planının Ukrayna ordusunun baş qərargah rəisi general Valeriy Zalujni tərəfindən həyata keçirilmə ehtimalını yüklək qiymətləndirib.

Bu yazını Facebookda şərh et