Azərbaycandan Fransaya nota – Əhməd Şahidov Bakı və Paris arasındakı gərginliyi Kanal24`ə şərh etdi

26 dekabr 2023-cü il tarixində Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa Səfirliyinin iki əməkdaşı Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunub və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.

Mövzu ilə bağlı detalları Kanal24 Televiziyasında yayımlanan “Moderatör Gece” proqramına danışan siyasi şərhçi Əhməd Şahidov Paris və Bakı arasındakı siyasi gərginliyin səbəblərini şərh edib və jurnalist Erkan Kol`un suallarını cavablandırıb.

Bu yazını Facebookda şərh et