Pxenyanın Şərq dənizində raket sınaqları yeni müharibəyə səbəb olacaq – Əhməd Şahidov ARB24`ə deyib

Koreya Xalq Demokratik Respublikası Şərq dənizi istiqamətində ballistik raket buraxıb. Bu, Şimali Koreyanın cari ildə ilk raket sınağıdır. KXDR-in yeni ildə ilk raket buraxılışı Koreya yarımadasındakı gərgin vəziyyət fonunda baş verib. Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreyanı ölkəsinin düşməni adlandırmış və onunla müharibədən çəkinmək niyyətində olmadıqlarını bəyan etmişdi.

Mövzu ilə bağlı ARB24 kanalına danışan siyasi şərhçi Əhməd Şahidov rəsmi Pxenyanın Şərq dənizindəki raket sınaqlarının böyük müharibəyə səbəb ola biləcəyini deyib.

Bu yazını Facebookda şərh et