“İlham Əliyev son 200 ildə torpaq geri alan sərkərdədir” – Əhməd Şahidov Ulusal Kanalda seçkilərdən danışıb

Türkiyədə səfərdə olan hüquq müdafiəçisi Əhməd Şahidov Ulusal Kanal`da yayımlanan “Gecə Xətti” proqramının qonağı olub. Jurnalist Serkan Aksarı`nın suallarını cavablandıran Əhməd Şahidov 7 Fevral tarixində Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri barədə danışıb və Azərbaycan xalqının İlham Əliyevə sonsuz etimadından söz açıb.

Daha sonra Qarabağda davam edən inşaat və yenidənqurma işləri, habelə Ermənistan-Azərbaycan sülh danışıqları və Fransanın Azərbaycana qarşı qərəzli mövqeyini şərh edən Əhməd Şahidov Azərbaycan-Türkiyə qardaşlığının bütün Türk dünyasına örnək adlandırıb.

Bu yazını Facebookda şərh et