“Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışması riyakarlıqdır” – Əhməd Şahidov ARB24 kanalına danışıb

Yanvarın 16-da Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün “X” hesabında Azərbaycana qarşı əsassız iddia ilə çıxış edib. O, Azərbaycan məhkəmə sistemini hədəf alaraq həbs edilənlərə qarşı kobud davranıldığını bildirib.

Məsələ ilə bağlı ARB24 Televiziyasına açıqlama verən hüquq müdafiəçisi Əhməd Şahidov Avropa İttifaqının Azərbaycanın daxili işlərinə qarışmasını riyakarlıq adlandırıb və səfir Peter Mixalkonun mandatına uyğun olmayan açıqlamalar verməsini qəbuledilməz hesab edib.

Bu yazını Facebookda şərh et