Ermənistanın törətdiyi ekosid və urbisid cinayətləri beynəlxalq məhkəməyə çıxarılır – Əhməd Şahidov

Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

30 illik erməni işğalı dönəmində Azərbaycana qarşı törədilən ekosid və urbisid cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq məhkəmələrdə hüquqi qiymətin verilməsi Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biridir.

Mövzu ilə bağlı ARB24 kanalına danışan siyasi şərhçi Əhməd Şahidov bildirib ki, Azərbaycana qarşı törədilən ekosid və urbisid cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciətlər ediləcək və Ermənistanın külli miqdarda təzminat ödənilməsi təmin ediləcək.

Bu yazını Facebookda şərh et