“PKK-nın siyasi uzantısı olan HDP-yə dəstək verən Qərb ölkələri var” – Əhməd Şahidov ATƏT-də çıxış edib

Sentyabrın 26-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqları üzrə İllik Sammiti işə başlayıb.

Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Sentyabrın 27-də keçirilən “Demokratik təsisatlar, seçkilər və siyasi partiyalar” adlı paneldə çıxış edərək, Türkiyədəki siyasi vəziyyəti dəyərləndirib.

Əhməd Şahidov 2023-cü il seçkiləri öncəsi Türkiyənin daxili işlərinə qarışmağa çalışan bəzi Qərb dövlətlərini, xüsusən də rəsmi Vaşinqtonun siyasətini sərt şəkildə tənqid edib. HDP-nin PKK terror təşkilatının siyasi uzantısı olduğunu deyən Əhməd Şahidov ABŞ-ın PKK-ya dəstəyinin qəbuledilməz olduğunu qeyd edib.

Bu yazını Facebookda şərh et