“Türkiyəyə qarşı fəaliyyət göstərən terror təşkilatları “jurnalist” kimliyindən istifadə edirlər” – Əhməd Şahidov ATƏT`də çıxış edib

Sentyabrın 30-da Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısı öz işini davam etdirib.

Bugünkü müzakirələr “Media azadlığı, ifadə azadlığı və jurnalistlərin təhlükəsizliyi” mövzusunda idi. Toplantıda Avropadan gəlmiş bəzi Türk əsilli çıxışçılar Türkiyə dövlətinə qarşı sərt tənqidlər edərək, FETÖ və PKK terror təşkilatlarına bağlılığı ilə tanınan media qurumlarının rəsmi Ankara tərəfindən təqib edildiyini bildiriblər.

Müzakirələrdə yaxından iştirak edən Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov çıxışında Türkiyəni təhdid edən terror təhlükəsi barədə danışıb və terror təşkilatlarının bir çox hallarda “media azadlığı” adı altında Türkiyəyə qarşı fəaliyyət göstərdiklərini və bəzi terrorçuların “jurnalist” kimliyi ilə fəaliyyət göstərdiyini bildirib.

Bir-neçə gün bundan öncə Türkiyənin Mersin şəhərində Polis Evinə silahlı hücum edən PKK`lı terrorçu Dilşah Ercanın jurnalist kimi təqdim edildiyini və Qərb təşkilatlarının hesabatlarında da bu terrorçunun “təzyiq altında olan jurnalist” kimi adının çəkildiyini bildirən Əhməd Şahidov Avropa institutlarının “media azadlığı” mövzusunda Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirdiyini deyib.

Bu yazını Facebookda şərh et