“ABŞ və Avropada Türklərə qarşı diskriminasiya siyasəti davam etməkdədir – Əhməd Şahidov ATƏT-də çıxış edib

Oktyabrın 3-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqları Toplantısı davam edib.

Bugünkü müzakirələr “Etnik azlıqlar, milli kimlik məsələləri, qaçqınların hüquqları və vətəndaşlıq” mövzusunda baş tutub. Müzakirələrdə yaxından iştirak edən Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov ABŞ və Avropa ölkələrində Türk mənşəli vətəndaşlara qarşı diskriminasiya hallarının davam etdiyini və Türklərin fundamental azadlıqlarının məhdudlaşdırıldığını deyib.

ABŞ və Avropa ölkələrində Türk vətəndaşların sərbəst toplaşmaq azadlığının ciddi şəkildə məhdudlaşdırıldığını deyən Əhməd Şahidov Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ABŞ səfəri zamanı Türk mənşəli vətəndaşlara qarşı yerli amerikan polisinin zorakılığını xatırladıb, Hollandiyada Türklərin mitinqinin vəhşicəsinə dağıdıldığını qətiyyətlə pisləyib.

Türkiyədə 5 milyondan artıq İraq və Suriyalı qaçqının yaşadığını qeyd edən Əhməd Şahidov Avropa Birliyinin rəsmi Ankaraya verdiyi sözü hələ də yerinə yetirmədiyini və müsəlman qaçqınların Avropada sevilmədiyini bildirib.

Bu yazını Facebookda şərh et