“FETÖ və PKK terror təşkilatları ABŞ və Avropadan ciddi dəstək alır” – Əhməd Şahidov ATƏT-də çıxış edib

Oktyabrın 5-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Haqlarına dair Zirvə toplantısı öz işini davam etdirib.

Bugünkü müzakirələr “Demokratik qanunvericilik, müstəqil məhkəmələr, ədalətli məhkəmə qərarları” mövzusu ilə bağlı idi. Müzakirələrdə yaxından iştirak edən Türkiyə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Türkiyə Respublikasında həyata keçirilən məhkəmə islahatları barədə məlumat verib və Türkiyə məhkəmələrinə kənardan edilən müdaxilələrdən söz açıb.

Xüsusən də Türkiyədə akkreditasiya olunmuş xarici ölkə səfirliklərinin Türkiyə məhkəmələrinə təsirlərindən söz açan Əhməd Şahidov bir sıra terror təşkilatları üzvləri ilə bağlı keçirilən məhkəmə proseslərinə ABŞ və bəzi Avropa ölkələri səfirlərinin ciddi müdaxiləsinin narahatlıq doğurduğunu qeyd edib.

FETÖ, PKK və digər terror təşkilatlarının üzvlərinin , habelə Osman Kavala və onun kimilərinin “jurnalist” və ya “siyasi fəal” kimi təqdim edilməsini və Qərb ölkələrində həmin şəxslərə siyasi sığınacaq verilməsini Türkiyə dövlətinə və Türk məhkəmələrinə açıq hörmətsizlik kimi dəyərləndirən Əhməd Şahidov ABŞ və Avropa ölkələrinin FETÖ və PKK terror təşilatlarına açıq dəstək verdiyini də sərt tənqid edib.

Əhməd Şahidovun bu çıxışı ABŞ Dövlət Departamentinin təmsilçisinin etirazına səbəb olub.

Bu yazını Facebookda şərh et