“Azərbaycan və Ermənistan arasında sülh qaçılmazdır” – Əhməd Şahidov ATƏT`in Vyana toplantısında çıxış edib

Bugün Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT`in İnsan Haqları və Demokratik Təsisatlar Ofisinin təşkil etdiyi “Tolerantlıq və qeyri-diskriminasiyanın təbliğində vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxlq konfrans öz işinə başlayıb.

ATƏT üzvü olan 57 ölkənin səfirləri, diplomat və dövlət qurumları təmsilçilərinin iştirak etdiyi toplantıda ATƏT coğrafiyasında tolerantlıq və diskriminasiya halları mövzusu geniş müzakirə olunub.

Tədbirdə çıxış edən Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Ermənistan-Azərbaycan arasında davam edən sülh danışıqları barədə məlumat verib və sülh yaratma prosesində hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin aktiv rolunu vurğulayıb.

Bu yazını Facebookda şərh et