Əhməd Şahidov 20 Yanvar qətliamının 34. ildönümü ilə bağlı Akit Televiziyasında çıxış edib

Bu gün keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür.

Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü.

Mövzu ilə bağlı Akit Televiziyasına danışan siyasi şərhçi Əhməd Şahidov 34 il əvvəl baş verən bu qətliamın Azərbaycan tarixinin ən mühüm və şərəfli səhifəsi olduğunu bildirib.

Bu yazını Facebookda şərh et