Ermənistanda siyasi çəkişmələr artır: Paşinyan separatçılara qarşı – Əhməd Şahidov ARB24`ə şərh edir

Ermənistanda siyasi hakimiyyət uğrunda mübarizə getdikcə daha da şiddətlənir. Erməni baş nazir Nikol Paşinyan bu dəfə separatçıları sıxışdırmağa başlayıb. Xarici ölkələrdən ciddi dəstək alan erməni separatçılar da baş nazir Nikol Paşinyana qarşı birləşmək barədə qərara gəliblər.

Mövzu ilə bağlı ARB24 kanalına açıqlama verən siyasi şərhçi Əhməd Şahidov Qarabağdan qovulmuş erməni separatçıların Ermənistanda hakimiyyət uğrunda siyasi mübarizəyə atıldıqlarını və Nikol Paşinyanı hakimiyyətdən devirmək üçün xarici qüvvələrin əlində alət kimi istifadə olunduqlarını bildirib.

Bu yazını Facebookda şərh et