Dənizlidə izdihamlı Xocalı tədbiri keçirildi – FOTO

denizli292Pamukkalə Universitetində təşkil olunan tədbir böyük marağa səbəb oldu
Fevralın 27-də Türkiyənin Dənzili şəhərindəki Pamukkalə UniversitetindəXocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anma tədbiri keçirildi. Tədbirdə Pamukkalə Universitetinin rəhbərliyi, müəllim və tələbə heyəti, o cümlədən Dənizli valisinin müavini, siyasi partiya təmsilçiləri və TURSAM rəhbəri iştirak edirdilər.

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Türkiyənin müxtəlif şəhərlərində keçirilən tədbiri Dənizlidə Pamukkalə Universitetinin rəhbərliyi təşkil etmişdi. Univeritetin akt zalında təşkil olunan tədbirdə 600-dən çox insan iştirak edirdi və 100-ə yaxın insan da ayaq üstə tədbiri izləyirdi.

Tədbir Azərbaycan və Türkiyə Dövlət Himnlərinin oxunması ilə başladı. Daha sonra çıxış edən universitetin doktoru Özgür Kasım Aydemir Xocalı faciəsinin 21-ci ildönüm ilə bağlı Türkiyə keçirilən yürşü mitinqləri və anma tədbirləri barədə məlumat verdi.

Daha sonra Pamukkalə Universitetinin dəvəti ilə Dənizli şəhərində işgüzar səfərdə olan TURSAM rəhbəri Əhməd Şahidov çıxış etdi. Çıxışı zamanı Şimali Kipr Türk Cumhuriyyətinin lideri, mərhum Rauf Denktaşın “İki bayraq” şeirini səsləndirən Ə.Şahidovu zala toplaşanlar ayaq üstə alqışladılar. Bütün dünyada “Xocalıya Ədalət” kampaniyasının keçirildiyini diqqətə çatdıran TURSAM rəhbəri qardaş Türkiyənin bu məsələdə Azərbaycanın yanından heç vaxt ayrılmadığını və bütün gücü ilə onlara dəstək verdiyini bildirdi. Dünya ölkələrinin erməni yalanalarından bezdiyini bildirən Ə.Şahidov qeyd etdi ki, Azərbaycan informasiya və təbliğatla erməni yalanlarını ifşa edir. Xaricdə yaşayan türklərin bu məsələdə birmənalı mövqe ortaya qoyduqlarını qeyd edən TURSAM rəhbəri Xocalı ilə bağlı rəsmi statistiklar və erməni vəhşiliklərini təsvir edən faktlardan danışdı.

Daha sonra “TRT Avaz” telekanalının Azərbaycan təmsilçisi, aparıcı Şəhla Orucova Bozkurtun Xocalı ilə bağlı sənədli filmini izləyən zala toplaşanlar filmi ayaq üstə alqışladılar.

Zalda toplaşanlrı gözyaşlarına isə Xocalı sakini Sevil Fərəcullayevin çıxışı oldu. Həmin günü başlarına gətirilən müsibətdən danışan Sevil xanım o dəhşətli günü heç bir zaman yadından çıxarmadığını və hər zaman ermənilərə lənət oxuduğunu qeyd etdi. S. Fərəcullayev həmin günü Xocalı sakinlərinin başına gətirilən müsibətlərdən danışan zaman zala toplaşanlar gözyaşlarını tuta bilmədi. Gözləri dolan Sevil xanım danışmağa çətinlik çəkərkən zala toplaşanlar ayağa qalxaraq onu gur alqışladılar.

Sonra Xocalı sakini Sevil xanım və Firuzə xanıma Pamukkalə Universitetinin ödülü təqdim olundu.

Tədbirin növbəti hissəsində isə TURSAM rəhbəri Əhməd Şahidova Pamukkalə Universitetinin fəxri dostu adının verilməsi ilə bağlı plaket təqdim olundu. Universitetinin dil və ədəbiyyat fakutəsinin rəhbəri doktor Özgür Kasım Aydemir tərəfindən ödül alan Əhməd Şahidov tədbirin keçirilməsində əməyi olan Hikmət Aslantürkə, Özgür Aydemirə, Dənizli valisi və Pamukkalə Universitetinə öz təşəkkürünü bildirdi.

Fərahim İLQAROĞLU
Türkiyə-Dənizli