ŞKTC Parlamentinin sədri: “Sizin acınızı bölüşürük” – FOTO

meclis_baskani292Şimali Kipr Parlamentinin sədri Hasan Bozer TURSAM sədri Əhməd Şahidovu qəbul edib
Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olmuş TURSAM Stratejik Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidov Fevralın 26-da ŞKTC Cümhuriyyət Məclisinin sədri Hasan Bozerlə görüşmüşdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində ŞKTC Cümhuriyyət Məclisində Xocalı panelinin keçirilməsinə dəstək verdiyinə görə Hasan Bozerə dərin təşəkkürünü bildirən Əhməd Şahidov bu ağrılı gündə Şimali Kipr xalqının Azərbaycanın yanında olmasını və dərdini bölüşməsini iki ölkə arasındakı dost və qardaş münasibətlərin bariz nümunəsi olduğunu bildirmişdir.
ŞKTC Parlamentinin sədri Hasan Bozer Xocalı soyqırımının təkcə Azərbaycan türklərinin deyil, bütün Türk dünyasının ağrılı günü olduğunu bildirmiş və erməni cəlladlarının törətdikləri bu soyqırım hərəkətlərini heç bir zaman unutmayacaqlarını söyləmişdir. Hasan Bozer Azərbaycan xalqının acısını bölüşdüklərini və gələcəkdə bucür hadisələrin baş verməməsi üçün birlikdə fəaliyyət göstərməyin gərəkli olduğunu ifadə etmişdir.
Daha sonra iki ölkə arasındakı münasibətlərdən danışan Hasan Bozer azərbaycanlı tələbələrin Şimali Kiprdə uğurla təhsil aldıqlarını, bundan sonra da iki ölkə arasında mehriban münasibətlərin hökm sürəcəyini bildirmişdir.

TURSAM Mətbuat Xidməti

Facebook Comments