Polşanın paytaxtı Varşava şəhərində “Azərbaycan 2003-2013” adlı tədbir keçirilib – FOTO

azerbaijan2003_2013_292TURSAM Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın son 10 ildə keçdiyi uğurlu yolu, iqtisadi inkişafdan sosial rifaha doğru mərhələləri haqqında danışılıb
Xəbər verildiyi kimi, Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Resurslarının Tətbiqi Müşavirəsində iştirak edən TURSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Şahidovun təşəbbüsü ilə Oktyabr ayının 1-də Varşava şəhərinin mərkəzində yerləşən Sofitel Victoriya Hotelinin “Opera” zalında “Azərbaycan 2003-2013: İqtisadi İnkişafdan Sosial Rifaha Doğru” adlı tədbir keçirilmişdir. Əsasən son 10 ildə Azərbaycanda müşahidə olunan inkişafdan bəhs edən tədbir zamanı çıxış edən Əhməd Şahidov əvvəlcə Azərbaycan haqqında tədbir iştirakçılarına məlumat vermiş, Dağlıq Qarabağ konflikti barədə əcnəbi qonaqları bilgiləndirmiş, habelə həyatın bütün sahələrində Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında danışmışdır.
Azərbaycan bayraqları ilə bəzədilmiş salonda qonaqlara “Azərbaycan 2003-2013” adlı bukletlər paylanılmış və “Wellcome to Azerbaijan” adlı sənədli film nümayiş etdirilmişdir. Tədbirdə Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, habelə ATƏT-in Varşava toplantısının iştirakçıları iştirak etmişlər.

Facebook Comments