Əhməd Şahidov “Sıfır Nöqtəsi” romanı ilə bağlı mətbuat konfransı keçirdi – FOTO

metbuat_konfransi292Şimali Kipr mətbuatı qarşısına çıxan azərbaycanlı yazıçı ən son romanı barədə çoxsaylı sualları cavablandırdı
Şimali Kiprdə işgüzar səfərdə olan gənc yazıçı Əhməd Şahidov Noyabrın 6-da paytaxt Lefkoşa şəhərində Kipr Türk İdman Jurnalistləri Dərnəyində geniş mətbuat konfransı keçirmişdir. Şimali Kipr mətbuatının – televiziya və qəzet müxbirlərinin iştirakı ilə keçən konfransda Rauf R. Denktaş və Düşüncələrini Yaşatma Dərnəyinin başqanı Latif Akça giriş nitqi söyləmiş və Əhməd Şahidovun “Sıfır Nöqtəsi” romanı barədə jurnalistlərə məlumat vermişdir.

Daha sonra gənc yazıçı Əhməd Şahidov Şimali Kiprə həsr etdiyi “Sıfır Nöqtəsi” romanının yaranma tarixi, əsas süjet xətti, əsərdə Kiprin birləşməsi ilə bağlı ilginc məqamları mətbuat nümayəndələrinin diqqətinə çatdırmışdır. Jurnalistlərin çoxsaylı suallarını cavablandıran Əhməd Şahidov kitabları imzalamış və xatirə fotoları çəkdirmişdir.

Facebook Comments