Signing ceremony of Novel “Point of Zero” held in Burdur city in Turkey – PHOTO

imzalama292Türkiyədə işğüzar səfərdə olan TURSAM başqanı, şair və yazıçı Əhməd Şahidov 26 Dekabr tarixində Burdur şəhərində oxucuları ilə görüşmüşdür. Mehmet Akif Ersoy Universitetinin mədəniyyət mərkəzində baş tutan görüşdə Türk dünyası ilə bağlı qələmə alınan “Sıfır Nöqtəsi” romanı təqdim olunmuş və müəllif kitabını imzalamışdır.

Xüsusən də gənclərin marağına səbəb olan “Sıfır Nöqtəsi” romanı haqqında məlumat verən Əhməd Şahidov əsərdə Türkiyə də daxil olmaqla, bütün Türk dünyasının – Azərbaycan, Şimali Kipr və digər Türk dilli ölkələrin gələcək müqəddəratı barədə fikirlərini qələmə aldığını bildirmişdir. Sonda “Sıfır Nöqtəsi” romanını tədbir iştirakçıları üçün imzalayan Əhməd Şahidov gənclərlə xatirə fotosu da çəkdirmişdir.

 

Facebook Comments